Metroda oğurluq edən Gürcüstan vətəndaşı tutulub

12:50 - 7 Oktyabr 2017 - HADİSƏ

Metropolitendə oğurluq etməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı tutulub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, metropolitendə polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 3-də Bakı şəhər sakini olan bir qadının çantasından içərisində 300 manat və sənəd olan pul kisəsi oğurlamaqda şübhəli bilinən Gürcüstan vətəndaşı İnveri Murusidze tutulub.

Xəbər xətti