Bakıda 21 yaşlı oğlan intihara cəhd edib

09:24 - 7 Oktyabr 2017 - HADİSƏ

Bakıda gənc oğlan sevdiyi qıza görə qolunu kəsərək intihara cəhd göstərib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Belə ki, "Torqoviy" kimi tanınan ərazidə, yəni Nizami küçəsində 1996-ci il təvəllüdlü Ağayev Hacıbaba Əlibala oğlu işlədiyi obyektdə qolunu bir neçə yerdən kəsib. Çoxlu qan itirən şəxs xəstəxanaya yerləşdirilib.  H. Ağayev Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına ilkin ifadəsində sevdiyi qızla ayrılığa dözməyərək intihara cəhd etdiyini bildirib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti