Almaniyada qasırğa nəticəsində 7 nəfər ölüb

16:19 - 6 Oktyabr 2017 - HADİSƏ

Almaniyada “Xavier” qasırğası nəticəsində 7 nəfər ölüb. Bu barədə Almaniyanın Meteoroloji Xidməti məlumat yayıb. Berlindən ölkənin şimal, cənub və şərq istiqamətində sərnişin qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılıb. Qasırğa Berlin və Brandenburq əyalətlərində daha güclü olub. Polis Brandenburqda 4, Hamburqda 1, Berlində 1, Mecklenburg-Vorpommerndə 1 nəfərin öldüyünü bildirib. Qasırğanın sürəti saatda 180 km olub. (“Report”)

Xəbər xətti