Bu məhsullar bahalaşmağa başladı - Əliniz cibinizdə olsun

16:18 - 6 Oktyabr 2017 - İQTİSADİYYAT

“Dekabrın əvvəlində ətin qiymətində növbəti dəfə 10-15 % artım olacağı gözlənilir”.

Bunu A24.Az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə mövsümü amillərə görə, oktyabrın sonu, noyabrın əvvəlində bir çox məhsulların qiymətində artım olacaq.

“Yerli məhsulların bazarda tükənməsi gözlənilir. Buna görə də noyabrdan başlayaraq qiymətlər artacaq. Bir də dekabrda yeni il qabağı bütün məhsullarda artım olacaq. Obyektiv səbəblərdən doğan qiymət artımı da olacaq. Məsələn indi ənənəvi olaraq dünyada süd məhsullarının qiyməti bahalaşır. Çünki yem istehsal edilən yerlərdə quraqlıqlar olur, nəticədə yemin qiyməti qalxır. Bu da süd məhsullarının qiymətinin bahalaşmasına səbəb olur. Çox güman ki, Azərbaycanda da bu tendensiya davam edəcək. İlin sonunadək süd məhsullarında artımlar görəcəyik”- deyə ekspert vurğulayıb.

İqtisadçının sözlərinə görə, hələlik süd məhsullarında kəskin artım gözlənilmir. Bazardan məhsul tükəndikcə, yeni ilədək addım – addım artım müşahidə olunacaq.

Proqnozlara görə ən böyük artım isə ətin qiymətində gözlənilir:

“Hələlik mövsümü amillərə görə, yemə az pul xərclənir. Qış mövsümünə girdikdə artıq yem almağa vəsait xərcləməyə başlayacaqlar. Mal-qara yeminin qiyməti ölkədə artıb. Noyabrın sonu, dekabrın əvvəlində növbəti dəfə ətin qiymətində artım müşahidə olunacaq”.

Xəbər xətti