Ana səhifə
19 Yanvar 2018

İcraçı direktor: "Bahalı kreditlər dövrü geridə qalıb"

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı mikromaliyyə təşkilatları üçün xərclərinin aşağı salınmasının yollarını açıqlayıb.

Bunu Bakıda "Azərbaycanda mikromaliyyənin gələcəyi: çətinliklər və imkanlar" mövzusunda keçirilən beşinci investorlar yarmarkasında çıxışı zamanı V.Qasımlı deyib ki, mikromaliyyə təşkilatları "Fintech" adlandırılan maliyyə texnologiyasına yaxınlaşdırılmalıdır: "Başqa yol yoxdur. Yaxınlaşma olmazsa, mikromaliyyədə "Fintech" tətbiq olunmazsa, biz mikromaliyyənin xərclərini aşağı sala bilməyəcəyik. Mikromaliyyənin xərcləri aşağı düşməzsə, mikromaliyyənin təklif etdiyi  xidmətlər nə biznes, nə də ev təsərrüfatları üçün əlverişli olmayacaq".

İcraçı direktor əlavə edib ki, artıq Azərbaycanda bahalı kreditlər dövrü geridə qalıb. "Biz bu barədə dəfələrlə müzakirələr aparmışıq. Yəni, biz elə əlçatan kredit faizləri və maliyyə xidmətləri faizləri təklif etməliyik ki, həm biznes, həm də ev təsərrüfatları mikromaliyyədə maraqlı olsun. Bir daha təkrar edirəm ki, bunun yeganə yolu "Fintech"dir. Azərbaycan mikromaliyyəçiləri bunun mütləq nəzərə almalıdırlar", - deyə o vurğulayıb. (APA)

Tarix
6 Oktyabr 2017 [12:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ