Bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

14:14 - 5 Oktyabr 2017 - ÖLKƏ İÇİ

Bakıda orta məktəblərdə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində müəllimlər üçün pul yığılmasının qarşısını almaq məqsədi ilə xəbərdarlıq elanları asılıb.

Valideynlər üçün nəzərdə tutulan elan mətnində deyilir:

“Təhsil nazirinin göstərişinə əsasən, məktəblərdə (müəllimlər günü ilə əlaqədar) pul yığmaq qadağandır. Bu hallar aşkar olunduqda 146 qaynar xəttinə şikayət edə bilərsiniz”.

Əməkdaşımızın sosial şəbəkələrdə apardığı müşahidələr zamanı Beynəlxalq Müəllimlər Günü ilə bağlı məktəb müəllimləri və bağçaların tərbiyəçi müəllimləri üçün könüllü və məcburi şəkildə pul yığıldığı məlum olub. Əvvəlki illərdən fərqli olaraq, əksər valideynlər müəllimlər üçün pulları könüllü yığdığını, onlardan hər hansı məbləğin tələb olunmadığını vurğulayıblar.

Bakıda 59 saylı orta məktəbdə ibtidai siniflər üçün 30, yuxarı siniflər üçün isə 50 manat pul yığılacağı bildirilib. Pullar keçən olduğu kimi aşağı siniflər üçün oktyabrın 5-də deyil, yuxarı siniflər üçün oktyabrın 6-da yığılacaq.

Bakı şəhəri, Səbail rayonundakı 236 saylı məktəbdə ibtidai sinif müəllimləri üçün, Ağcəbədi rayon 12 saylı məktəbdə 10 manat, Masazırda yerləşən 4 saylı məktəbdə 20 manat, Xırdalanda 3 saylı məktəbdə (məbləğ məlum deyil), Bakı şəhərindəki 201 saylı məktəbdə 30 manat, 151 saylı məktəbdə 50 manat, Gəncə şəhər 2, 4 və 32 saylı məktəblərdə, Nəsimi rayonu 151 saylı məktəb, Binəqədi rayon Xocahəsən qəsəbəsindəki 103 saylı məktəbdə, Binəqədi sayonunda yerləşən 3 saylı məktəbdə, Sumqayıt şəhər 33 saylı, Xırdalan şəhər 10 saylı məktəbdə, Xətai 204, 261, 63, Bakı şəhərindəki 145, 213, 316, 32, 193, 257, 258, 254, 151, 45, 25, 148 saylı məktəblərdə müəllimlər üçün pul yığılıb.

Sumqayıt şəhər 62 saylı uşaq bağçasında valideynlər öz təşəbbüsü ilə tərbiyəçi-müəllim üçün 20 manat pul yığdıqlarını, hədiyyə alanların isə 10 manat pul verdiklərini bildiriblər. (“Report”)

Xəbər xətti