ADB: Azərbaycan iqtisadiyyatı 1% artacaq

15:59 - 4 Oktyabr 2017 - İQTİSADİYYAT

2017-ci ildə Azərbaycan iqtisadiyyatı 1,3% azalacaq. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bunu "Reuters" agentliyinə müsahibəsində Asiya İnkişaf Bankının (Asian Development Bank, ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nariman Manapbekov bildirib.
Bundan öncə ADB cari ildə Azərbaycanda ÜDM-in 1,1% azalacağını proqnozlaşdırıb. Nümayəndəli rəhbərinin sözlərinə görə, iqtisadi azalmanın əsas səbəbi neftin ucuzlaşmasıdır.
"İqtisadi azalmanın əsas səbəbi neft hasilatının azalmasıdır. Belə ki, 2017-ci ilin ilk yarısında ölkədə neft hasilatı 9% azalıb. Bu isə ötən ilin analoji dövründə müşahidə etdiyimiz azalmadan 0,4% çoxdur", - deyə o bildirib.
Bununla yanaşı, N. Manapbekov hesab edir ki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatı artım nümayiş etdirəcək: "2018-ci ildə "Şahdəniz-2" yatağından hasilata başlanması və özəl sektorun sağlamlaşdırılması fonunda iqtisadi artım müşahidə olunacaq".
Onun fikrincə, gələn Azərbaycanda ÜDM 1% artacaq. ADB rəsmisi qeyri-neft sektorunda müşahidə olunan müsbət tendensiyanı alqışlayıb.
Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycanda inflyasiya 14% səviyyəsində olacaq. Bundan öncə proqnoz 9% olub. 

Xəbər xətti