Ana səhifə
22 Oktyabr 2018

NATO-da “Cyber Coalition 2014” təlimi

Noyabrın 18-də alyans tarixində ilk dəfə genişmiqyaslı “Cyber Coalition 2014” transmilli hərbi təlimlərə start verib. Müvafiq tədbirlər üç gün ərzində keçirilməklə təşkilat iştirakçılarının informasiya şəbəkələrinin mühafizəsi üzrə bacarıqları yaxşılaşdırmağa imkan verib.

 

 

Ucnoqta.az xəbər verir ki, NATO-nun rəsmi internet saytında deyilir: “Bu təlimlər bizim kompüter sistemlərimizin dözümlüyünü yoxlamağa və NATO-nun daima inkişaf edən təhlükə ilə ayaqlaşa bilməsinə, eləcə də çalışan mütəxəssislərin bu təhlükənin öhdəsindən tam gəlməsinə əmin olmağımıza imkan verəcək”, - NATO baş katibinin müavinlərindən biri Sorin Dukaru deyib.

Alyansa üzv ölkələrin onlarla yaşayış məntəqəsində olan 670-dən çox texniki ekspert “Cyber Coalition 2014” təlimlərinin iştirakçısı olub. Bundan əlavə, müşahidəçi qismində ilk dəfə elmi dairələrin və informasiya texnologiyaları (İT) sənayesinin nümayəndələri dəvət olunub.

S.Dukarunun sözlərinə görə, ekspertlərin başlıca vəzifəsi kiberinsidentlər haqqında informasiyanın maksimum sürətli mübadiləsinə hazırlığın, eləcə də bilavasitə NATO kompüterlərinə məqsədli hücumların müdafiəsi üzrə səylərin koordinasiyasının yoxlanılmasından ibarət olub.

“Kibertəhdidlər təkcə sadə potensial təhdidlər deyil, bu gün onlar gündəlik reallığa çevrilib və münaqişələrin yalnız virtual olmasına baxmayaraq reallıqda onların nəticələri təsiredici və dağıdıcı ola bilər”

 

 

(mincom.gov.az)

Tarix
22 Noyabr 2014 [18:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin