Ronaldo “Qızıl top”u satdı

12:50 - 4 Oktyabr 2017 - İDMAN

Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo təqdirəlayiq hərəkət edib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı hücumçu bu vaxta qədər qazandığı “Qızıl top” mükafatlarından birini xeyriyyə məqsədilə satıb.
Belə ki, o, 2013-cü ildə əldə etdiyi “Qızıl top”u hərraca çıxarıb. “Make-A-Wish” adlı yardım təşkilatının həyata keçirdiyi tədbirdə mükafat 600 min avroya satılıb. “Qızıl top”u İsrailin ən varlı şəxslərindən olan İdan Oferin aldığı bildirilir. Tədbirə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola və “Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyo da qatılaraq, təşkilata dəstək kampaniyasına qoşulub.
“Make-A-Wish” Ronaldonun “Qızıl top”unun satışından əldə olunan pulu ölümcül xəstəliklərlə mübarizə aparan uşaqların müalicəsinə xərcləyəcək.
Qeyd edək ki, Kriştianu Ronaldo 2008, 2014 və 2016-cı illərdə də dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb. 

Xəbər xətti