Türkiyədə hərbi maşın minaya düşüb, 4 əsgər həlak olub, 4-ü yaralanıb

12:11 - 4 Oktyabr 2017 - DÜNYA

Türkiyə ordusunun 4 əsgəri həlak olub, 4 əsgər yaralanıb. APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, hadisə Hakkari rayonunun Yüksəkova qəsəbəsinə bağlı Esendere bölgəsində baş verib.
Əsgərlərin olduğu zirehli maşın yoldan keçərkən PKK terrorçularının öncədən quraşdırdıqları partlayıcı qurğu işə düşüb. Yaralı əsgərlər Yüksəkova Dövlət Xəstəxanasına yerləşdirilib. 

Xəbər xətti