Ana səhifə
15 Noyabr 2018

Yeni nəsil televiziya standartları hazırlanır

Noyabrın 21-də qeyd edilmiş Ümumdünya Televiziya Günü münasibətilə çıxış edən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Hamadun Ture deyib ki, televiziya məlumatlandırma və ictimai rəyin formalaşmasında əsas alətlərdən biridir və müasir dünyada rabitə və qloballaşma simvoluna çevrilib.

 

 

Ucnoqta.az bildirir ki, “Hazırda BTİ tamaşaçılar tərəfindən televiziya anlayışını, o cümlədən təsvirin və səsin keyfiyyətini xeyli yaxşılaşdıracaq yeni standartların hazırlanması ilə məşğuldur”, - Hamadun Ture bildirib.

Baş katib qeyd edib ki, yeni nəsil televiziya yüksək dəqiqliyi və axınlı təsvirlərin yüksək keyfiyyətlə və dinamik ötürülməsi ilə fərqlənəcək.

Artıq yüksək dəqiqlikli televiziyanın ilk kommersiya xidmətləri göstərilir. Qarşıdakı illərdə BTİ sistemləri televiziya yayımının dəqiqliyini hazırkı televiziya yayımından dörd dəfə yüksək təmin edəcək.

BTİ həmçinin televiziyanı sağlamlıq imkanları məhdud və xüsusi tələbli insanlar üçün daha əlverişli etməklə məşğuldur.

Qeyd edək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı təsisatıdır. 150 il ərzində BTİ qlobal əsasda radiotezlik spektrindən birgə istifadənin koordinasiyasını həyata keçirir, peyklər üçün orbital mövqelərin ayrılmasında beynəlxalq əməkdaşlığa yardım edir, inkişaf etməkdə olan ölkələrdə rabitə infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir və dünyada rabitə sistemlərinin geniş diapazonunun maneəsiz fəaliyyətini təmin edən standartlar hazırlayır,

 

 

(mincom.gov.az)

Tarix
22 Noyabr 2014 [18:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin