Ana səhifə
17 İyul 2018

Deputat: "Dünya tarixində həmişə demokratiyanı pozan, insan hüquqlarını tapdalayan avropalılar olub"

Avropa Şurasının (AŞ) baş katibi Turbyern Yaqlandın sosial şəbəkələrdə Azərbaycan əleyhinə açıqlaması onun ölkəmizə qarşı növbəti təzyiq və təhdid kampaniyasıdır. Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, Yaqland erməni fitvası ilə bu təzyiqlərə yenidən başlayıb: "Yaqlandın "Azərbaycanda demokratiya yoxdur" deməsi gülüncdür. Avropada müsəlmanlara qarşı münasibətlərə, yandırılan məscidlərə, müsəlmanların başına açılan oyunlara, irqi ayrı-seçkiliyə nəzər salaq. Avropa Şurasının baş katibi bu demokratiyanı deyir? Yaqland desin görək, bəlkə Azərbaycanda hansısa dini, irqi ayrı-seçkilik var? Bəlkə Azərbaycanda hansısa millətdən olan şəxsin hüququ pozulub? Demokratiya Avropada yoxdur. Dünya tarixində həmişə demokratiyanı pozan, insan hüquqlarını tapdalayan avropalılar olub".
E.Məmmədov deyir ki, Yaqlandın Azərbaycan ziyalılarını sifarişlə danışmaqda ittiham etməsi də əsassızdır: "Biz Avropanın, Avropa Şurasının, Avropa İttifaqının, Avropa məhkəmələrinin Azərbaycana qarşı olan münasibətini görürük və deyirik ki, bizə belə Avropa lazım deyil. Biz Avropa Şurasına qəbul olunandan bu günə qədər bu qurumun yalnız təzyiqləri, haqsız tələbləri, ədalətsizlikləri ilə üzləşmişik. Avropa bizim istəklərimizə heç vaxt müsbət cavab verməyib. Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ problemi ilə bağlı Avropa Şurası bəlkə bir iş görüb?"

Tarix
3 Oktyabr 2017 [15:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin