Həmsədrlərin Bakıya gələcəyi tarix açıqlanıb

14:47 - 3 Oktyabr 2017 - SİYASƏT

ATƏT-in Minsk qrupu həmsədrləri oktyabrın 6-da İrəvana səfər edəcəklər. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ukraynalı həmkarı Pavlo Klimkinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, vasitəçilər Azərbaycana oktyabrın 7-də gələcəklər.
"Həmsədrlər regiona prezidentlərin görüşünü müzakirə etmək üçün gəlirlər. Vasitəçilər Nyu-Yorkda təklif etdikər ki, substsntiv, məntiqli danışıqlar olsun. Onlar təklif edirlər ki, prezidentlərin görüşündən sonra məntiqli danıqlar keçirək və məsələni yerindən tərpədək", - deyə E. Məmmədyarov qeyd edib.

Xəbər xətti