Ukrayna XİN başçısı: "Biz işğal məsələsində gələcəkdə də mövqeyimizi qoruyacağıq"

14:19 - 3 Oktyabr 2017 - SİYASƏT

"Ukrayna və Azərbaycan bir-birinin suverenliyini dəstəkləyir. Biz işğal məsələsində gələcəkdə də mövqeyimizi qoruyacağıq". Bunu Azərbaycanda rəsmi səfərdə olan Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Ukraynada 1,8 milyon qaçqın var: "Azərbaycan tərəfini yaxşı başa düşürük. Biz bir-birimizi beynəlxalq arenada da dəstəkləyirik. Ukraynalılar Azərbaycana getməkdə maraqlıdır və hər iki istiqamətdə turist axınında artım qeydə alınır. Biz iqtisadi əməkdaşlıq üzrə danışıqlardan razıyıq, ölkələr arasında ticarət dövriyyəsinin səviyyəsini artırmışıq".

Xəbər xətti