Xınalıqda qar örtüyünün hündürülüyü 17 sm olub

10:47 - 3 Oktyabr 2017 - ÖLKƏ İÇİ

Oktyabrın 2-si gündüzdən 3-ü səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 2-si gündüzdən 3-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə (Xınalıq, Qırız, Şahdağ) qar yağıb. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda arabir güclənib.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-39, Lənkəran-Astara zonasında 9-110, Böyük Qafqazda 9-70, Mərkəzi-Aran rayonlarında 8-56, Kiçik Qafqazda 22-35, Qazax-Gəncə zonasında 8-25, Naxçıvan MR-da 2-10 mm olub.

Qar örtüyünün hündürülüyü Xınalıqda 17, Qırızda 7, Ləzədə 3 sm təşkil edib.

Xəbər xətti