Rəşad Dağlı tanınmış həmkarını bıçaqladı - YENİLƏNİB

10:03 - 3 Oktyabr 2017 - HADİSƏ

Xəbər verdiyimiz kimi, olke.az saytında tanınmış meyxanaçı Rəşad Dağlının (Əmirov) həmkarı Rüfət Nasosnunu (Kərimov) bıçaqlaması barədə xəbər yayılıb. Oxu.az-ın əməkdaşı məsələ ilə bağlı Rüfət Kərimovla əlaqə saxlayıb. O, yayılan məlumatı təkzib edib.

“Bu, yanlış xəbərdir. Bunu kimsə paxıllıqdan, sifarişlə yazdırıb. Keçən dəfə də Vüqarla dava etdiyimi yazmışdılar. Rəşad mənim dostum, qardaşımdır. Biz bir yerdə çörək kəsirik”, - deyə o bildirib.

***

Məşhur meyxanaçı Rəşad Dağlı, Rüfət Nasosnu kimi tanınan həmkarını bıçaqlayıb. Ucnoqta.az ölkə.az-a istinadən xəbər verir ki, məclislərdən birində sözləri çəpləşən həmkarlar vəziyyəti aydınlaşdırmaq üçün məclisdən sonra danışmağa qərar veriblər. Söhbət zamanı tərəflərin qarşılıqlı ittihamı sonda Rəşadın Rüfəti bıçaqlaması ilə nəticələnib. Qeyd edək ki, hazırda Rüfət ayağından yaralıdır. Ev şəraitində müalicə alan meyxanaçının Rəşad Dağlıdan şikayətçi olmadığı bildirilir.

Xəbər xətti