Bakıda ailə münaqişəsi zamanı kişinin üzünə iti alətlə xəsarət yetirilib

09:48 - 3 Oktyabr 2017 - HADİSƏ

Bakının Suraxanı rayonunda ahıl kişiyə xəsarət yetirilib. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Evlərdən birində yaşayan 65 yaşlı Quliyev Əkrəm Sədulla oğlunun üz və çənə nahiyələrinə kəsilmiş-deşilmiş xəsarətlər yetirilib. Yaralı xəstəxanaya yerləşdirilib. Dindirilmə zamanı o bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Fakt Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır. ("Report")

Xəbər xətti