AFFA Rəşad Sadıqovun Azərbaycan millisi ilə vidalaşacağını təsdiqləyib

16:59 - 2 Oktyabr 2017 - İDMAN

Futbol üzrə 2018-ci il dünya çempionatının Çexiya yığması ilə seçmə qrup oyunu Azərbaycan milli komandanın kapitanı Rəşad Sadıqov üçün vida matçı olacaq. Ucnoqta.az-ın məlumatına görə, bu barədə AFFA-nın saytına Sadıqovun özü açıqlama verib. O, Çexiya ilə matçın Azərbaycan millisi üçün cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdiyini deyib: “Bütün sualları oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”.

Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib.

Xəbər xətti