Ana səhifə
14 Noyabr 2018

Bakının bəzi məktəblərinin istilik sistemində problemlər aşkarlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) havaların soyuması ilə əlaqədar məktəblərə vaxtından əvvəl istiliyin verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. İdarədən bildirilib ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2017-2018-ci tədris ilində payız-qış mövsümünə hazırlığının yoxlanılması məqsədi ilə ilkin monitorinqlər aparılıb: “Monitorinqlər zamanı bəzi təhsil müəssisələrinin istilik sistemində problemlərin olduğu müəyyən edilib. Aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində hazırda müvafiq tədbirlər görülür. Həmçinin, məlum olduğu kimi, qış mövsümünə keçid hər il 15 noyabr tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə rəsmiləşdirilir”. “Report”

Tarix
2 Oktyabr 2017 [10:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin