Gəncədə iki avtomobil toqquşub

12:04 - 1 Oktyabr 2017 - HADİSƏ

Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin qərb çıxışında qeydə alınıb. Hərəkətdə olan iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər Şəmkir rayon sakinləri, 1993-cü il təvəllüdlü Mirməmmədov Rəşad, 1988-ci il təvəllüdlü Cəfərzadə Vaqif və 1993-cü il təvəllüdlü Hüseynov Natiq müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər xətti