Qızıl ucuzlaşıb

10:24 - 30 Sentyabr 2017 - İQTİSADİYYAT

Amerika fond bazarında Dow Jones indeksi 0,11% - 22 405,09 bəndədək, S&P 500 0,37% - 2 519,36 bəndədək, NASDAQ isə 0,66% - 6 495,96 bəndədək bahalaşıb. "APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,68% - 7 372,76 bəndədək, Fransa CAC-40-ı 0,68% - 5 329,81 bəndədək, Almaniya DAX-ı isə 0,98% - 12 828,86 bəndədək bahalaşıb. COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 3,90 dollar azalaraq 1 284,80 dolara, gümüş isə 0,17 dollar azalaraq 16,68 dollara satılıb.

Xəbər xətti