Ronaldu Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu oldu

17:23 - 29 Sentyabr 2017 - İDMAN

Futbol üzrə Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb. “Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İspaniyanın “Real Madrid” komandasının hücumçusu Kriştianu Ronaldu qalib olub.
O, qrup mərhələsinin II turu çərçivəsində İspaniya təmsilçisinin Dortmund “Borussiya”sını 3:1 hesabı ilə məğlub etdiyi görüşdə dubla imza atması sayəsində ən yaxşı seçilib.

Qeyd edək ki, K.Ronaldu Lionel Messi və Neymarla birgə 2017-ci ilin ən yaxşı oyunçusu olmağa namizəddir.

Xəbər xətti