Futzal millimizin Avro-2018-də rəqibləri məlum olub

15:26 - 29 Sentyabr 2017 - İDMAN

Sloveniyanın paytaxtı Lyublyana şəhərində futzal üzrə 2018-ci il Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. Azərbaycan milli komandası D qrupunda son Avropa çempionları İspaniya və Fransa komandaları ilə mübarizə aparacaq.
Digər qruplarda püşkatmanın nəticəsi belə olub:


A qrupu

Sloveniya
İtaliya
Serbiya


B qrupu

Rusiya
Qazaxıstan
Polşa


C qrupu

Portuqaliya
Ukrayna
Rumıniya

Qeyd edək ki, futzal üzrə Avropa çempionatı 2018-ci il yanvarın 30-dan fevralın 10-dək Lyublyana şəhərində keçiriləcək. Final mərhələsində 12 komanda iştirak edir.trend

Xəbər xətti