"Erməni icması fəaliyyətimizə mane olmağa çalışır, amma buna tam nail ola bilmir"

18:21 - 29 Sentyabr 2017 - KİVDF

"Biz də öz sözümüzü deməyi bacarır və Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri fransız ictimaiyyətinə çatdırırıq"


Bu gün Azərbaycanın xarici ölkələrdə təbliğində diaspor təşkilatlarının üzərinə böyük vəzifələr düşür. Xüsusulə Avropa ölkələrində bu çox önəmlidir, çünki bu ölkələrdə erməni diasporası güclüdür. Məsələn, Fransada erməni diasporasının fəaliyyəti bütün sahələrdə özünü göstərir. "Faransada ermənilərin güclü diasporundan daha cox, düzgün qurulmuş sistemləri var. Onlar say etibarilə çoxluq təşkil edən, zaman baxımından da əsrlər boyu burada məskunlaşan bir icmadır. Bu icma cəmiyyətə tam inteqrasiya olub və müəyyən təbəqələrdə yer tutublar. Beynəlxalq aləmin işğalçı kimi tanıdığı bir ölkənin numayəndələri illər boyu Fransa səhnəsində tək monoloq söyləyib və fransız ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsi haqqında yalnış informasiya, tarixi saxtalaşdırılmış məlumatlar verməklə məşğul olublar Hər hansı bir qurumda erməni çalışırsa və ətrafinda onu sevən və hörmət edən fransızlar varsa, təbii ki “bu gün” gələn icmanın, yəni bizim sözümüzü deyil, artıq əlaqədə olduğu, tanıdığı və dostluq etdiyi icmanın sözünə inanacaq. Fransada fəaliyyət göstərən erməni təşkilatları fəaldırlar". Bunu Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi, eləcə də Paris Azərbaycan evinin rəhbəri Mirvari Fətəliyeva deyir.  Onun sözlərinə görə, Fransda erməni secicilərin sayı çox olduğundan onların ölkənin siyasi həyatına təsiri də böyükdür. Erməni diasporunun səyi ilə Fransada prezident seçkilərində iştirak edən namizədlərin Qarabağ məsələsində Ermənistanı dəstəkləməsi də dediklərimizin sübutudur.. " Təbii ki, bunun səbəbləri var. Namizədlərin çoxu Qarabağ münaqişəsində Ermənistanı deyil, 530 mindən çox seçicinin rəğbətini qazanmaq üçün onların mövqelərini qorudu. Ermənilərin seçki şantajı artıq illərdir ki, öz  “töhfəsini” verir. Buna misal olaraq, bir neçə işğal edilmiş Azərbaycan şəhərlərini, ermənilərin sıx məskunlaşdığı şəhərlərlə Fransanın dostluq və əməkdaşlıq sazişlərinin imzalamasını göstərmək olar. Bu, nəinki,  Azərbaycan, eləcə də Fransa qanunlarına zidd addımdır.
Amma  bu o demək deyil ki, biz susub onları seyr edirik. İstər burada fəaliyyət göstərən təşkilatlar, istər ölkəmizin buradakı səfirliyi bu cür qanunsuz addımlara qəti etirazlarını bildirir. Həmçinin lazimi məsul orqanları məlumatlandırır və belə sazişlərin ləğv edilməsini tələb edirik.
Erməni icması hər an fəaliyyətimizə mane olmağa çalışır,  amma buna tam nail ola bilmirlər. Biz də öz sözümüzü deməyi bacarır və Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri fransız ictimaiyyətinə çatdırırıq".
 Artıq Fransada Azərbaycan diaspora təşkilatları foprmalaşıb ki, onlar da öz sözlərini deyə bilir. Ermənilərin əvvəlki kimi geniş əl-qol açmasına imkan vermir.M.Fətəliyeva qeyd edib ki, Paris Azərbaycan evi olaraq Ermənistan səfirliyi önündə və digər ərazilərdə mütəmadi mitinqlər, nümayişlər keçirirlər. "Bundan əlavə, öz ətrafımızda, fransız dostlarımızla bu həqiqətləri bölüşməyə, fikir mübadiləsi aparmağa çalışırıq. İllər boyu səhnə ermənilərin olub. İndisə biz bura gəlib, onların yalanlarını ifşa edirik. Bu hal onları narahat edir. Çalışdığımız qədər konfranslarına, toplantılarına qatılırıq. Diasporumuz hələ çox gəncdir, formalaşıb, təkmilləşməsi üçün zaman lazımdır. Lakin artıq fəaliyyətimizdə canlanma nəzərə çarpmağa başlayıb. Fransa-Azərbaycan arasında diplomatik əlaqələrin cəmi 25 yaşı var. Odur ki, bu canlanmanı dəstəkləyir və Fransanın müxtəlif bölgələrindən olan soydaşlarımızı başladığımız işə sövq etməyə çalışırıq". Onun sözlərinə görə, rəhbərlik etdiyi Paris Azərbaycan evi 1992-ci ilin 24 fevralında Ramiz Abutalıbov və digər ziyalılar tərəfindən yaradılıb. "Lakin bir müddət durğunluq yaşanmışdı. Öz təşəbbüsümüzlə Ramiz müəllimə müraciət edəndə o bu işdə bizi dəstəklədi və tövsiyələrini verdi. Bu il təşkilatımızın yaradılmasının 25, fəaliyyətinin yenidən bərpasının isə 5 ili tamam olur.. Bu illər ərzində Paris Azərbaycan evi bir sıra böyük layihələrə imza atıb. Onların bir neçəsi haqda məlumat verə bilərəm. Bildiyiniz kimi hər Yeni il bayramı ərəfəsində Milad şəhərcikləri qurulur. Biz də artıq iki ildir ki, 1 ay ərzində Parisin ən gözəl ərazisində öz milad köşəmizlə təmsil olunuruq. Bu layihə çərçivəsində Azərbaycan mətbəxinə, musiqisinə aid nümunələr, məlumatlar təqdim olunur. Bir sıra şəhərlərdə konsert proqramları ilə çıxış etmişik". 
Qeyd edək ki, Mirvari Fətəliyeva həm də Azərbaycanın Dostları Assosiasiyasının baş katibidir. O deyib: " Artıq 2014-cü ildən etibarən baş katibi olduğum Azərbaycanın Dostları  Assosiyasiyası yenidən fəaliyyətini bərpa edərək ətrafına 500-dən çox üzv toplayıb. Bu üzvlər arasında çox sayda deputat, senator, tanınmış ictimai xadimlər var. Onlarla mütəmadi olaraq müxtəlif tədbirlər çərçivəsində görüşür, fikir mübadiləsi aparır, ölkəmiz haqqında daha ətraflı məlumatlar çatdırma imkanımız olur. Assosiyasiyanın  Prezident Fransa parlamentinin üzvü  Jan-Fransua Manseldir. Onun Azərbaycanın əsl dostu olmaqla yanaşı ölkəmizin tanıdılmasında, Qarabağ  həqiqətlərinin ictimaiyyətə çatdırılmasında  böyük rolu var".
Onun sözlərinə görə, Assosiasiyamızın məqsədi ölkəmizin tanıdılması, Qarabağ həqiqətləri və digər acılarımızı ictimailəşdirmək üçün media və müxtəlif təşkilatlarla sıx iş birliyi qurmaqdır. "Çünki bu yolla ölkəmizin problemləri bizim yox, onların dilindən səslənir. Hər il Xocalı faciəsinin anım günlərində dəyirmi masa ərtafında konfranslar həyata keçiririk. Novruz günlərində Parisin meriyaları ilə birgə tədbirlər reallaşdırırıq. Artıq iki ildir ki, Fransanın digər şəhərlərinə də üz tutub Novruz şənlikləri təşkil edirik".
Azərbaycan Dostları Assosiasiyasının  həyata keçirdiyi layihələrdən biri turizm baxımından əhəmiyyətlidir. Bu layihə “Azərbaycanı kəşf edək” adlanır. Azərbaycan Dostları Assosiasiyasının ən uğurlu layihələrindən biridir. "Artıq iki dəfə gerçəkləşən bu səyahət çərçivəsində 500 dən çox üzvlərimizi növbə ilə Azərbaycana dəvət edir, 1 həftə ərzində ölkəmizlə canlı tanışlıqlarını təmin edirik. Azərbaycanda turizmin inkişafı üçün maraqlı layihədir.  Əgər ölkəmizə fransızları cəlb etmək istəyiriksə, qiyabi tanıtmaqla iş bitmir. Onlar gəlib, vətənimizi gəzir, xoş təəssüratlarla geri dönürlər. Ətraflarında, dostları arasında Azərbaycandan bəhs edirlər".
Mirvari Fətəliyeva bildirib ki, diaspor təşkilatlarının fəaliyyətinin daha yüksək səviyyəyə çıxması üçün onun üzvlərinin cəmiyyətə inteqrasiyası istiqamətində mühüm işlər görülür." Fransada yaşayan azərbaycanlı ailələr normal olaraq türk və keçmiş sovet ölkələrindən olan icmalarla daha çox əlaqə yaradırdı. Təbii ki, bu da inteqrasiyanın inkişafına , dil baryerinin ortadan qalxmasına mane olur.
Gənc nəsil  daha fəaldır, ölkədə baş verən ictimai-siyasi hadisələri yaxından izləyir. Onların ətrafında daha çox fransız olduğu üçün inteqrasiya asanlıqla həyata keçir. Bu nəsil içərisində müxtəlif sahələrdə çalışanlar var: həkim, vəkil, rəssam, yazıçı, rejissor, müğənni, iş adamları, müxtəlif fransız şirkətlərində  müəyyən vəzifə sahibləri… Gənc nəslin  ictimai-siyasi həyatda öz sözlərini demə şansları var və bu proses uzun müddətliir".
 

Xəbər xətti