Ana səhifə
17 Yanvar 2018

Avro-2017: Azərbaycan millisi Almaniya yığmasına qarşı

Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatı davam edir. Ucnoqta.az Apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisi bu gün qələbə seriyasını davam etdirmək üçün 1/4 final oyununa çıxacaq.
Faiq Qarayevin komandası qrup mərhələsində 3:1 hesabı ilə məğlub etdiyi Almaniya ilə üz-üzə gələcək. Qarşılaşmanın voleybolçularımız üçün asan keçməyəcəyini proqnozlaşdırmaq olar. Yığmamızın 3 günlük istirahətdən sonra yenidən meydana çıxması üstünlükdüsə, Bundestim pley-offda Bolqarıstanı mübarizədən kənarlaşdırdığı üçün yüksək əhval-ruhiyyədədi. Bu dəfə qalibin tay-brekdə müəyyənləşəcəyi də istisna deyil.
Qələbə qazanacaq komanda yarımfinalda Hollandiyaya rəqib olacaq.

 
Avro-2017
1/4 final mərhələsi
29 sentyabr

 
18:00. Azərbaycan - Almaniya
Hakimlər: Vladimir Simonoviç (Serbiya), Yuray Mokri (Slovakiya)
 
Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova
Baş məşqçi: Faiq Qarayev
 
Almaniya: 1. Lenka Dürr, 2. İrina Kemmisi, 3. Deniz Hanke, 4. Maren Fromm, 5. Yana-Fransiska Poll, 6. Cennifer Qirties, 7. Cennifer Pettke, 10. Lena Stiqrot, 11. Luiza Lippmann, 14. Mari Şoeltsel, 17. Anna Poqani, 19. Tanya Qrosser, 20. Leoni Şvertmann, 22. Liza Qründinq,
Baş məşqçi: Feliks Kozlovski

Tarix
29 Sentyabr 2017 [12:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ