“Roma”nın bosniyalı ulduzu: "Hər kəs düşünürdü ki, “Roma” rahat qalib gələcək”

12:30 - 28 Sentyabr 2017 - İDMAN

“Ən vacib məsələ 3 xal idi. İlk yarıda oyunun taleyini bitirməliydik. Lakin rəqibin qolu hər şeyi mürəkkəbləşdirdi. Heç də asan olmadı”. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri “Qarabağ” üzərində 2:1 hesablı qələbədən sonra “Roma”nın bosniyalı ulduzu Edin Dzeko deyib.
İtaliya mətbuatına açıqlama verən təcrübəli forvard qələbənin asan başa gəlmədiyindən danışıb: “Çox yaxşı başladıq. Oyunun ilk 20 dəqiqəsində 2 qol vurduq. Təəssüf ki, özümüzdə əminlik yarandı və “Qarabağ” bundan istifadə etdi.
Onlar məqsədinə nail olub qol vurdular. Heç asan olmadı. Hər kəs düşünürdü ki, “Roma” rahat qalib gələcək”.
Xatırladaq ki, matçda qələbə topunun müəllifi məhz Dzeko olub. 

Xəbər xətti