Bakıda qadın ərinin tanışını bıçaqlayıb

12:14 - 28 Sentyabr 2017 - HADİSƏ

Bakıda bıçaqlanma hadisəsi baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qeydə alınıb. Orada yaşayan Gülnar Mirqasım qızı Məmmədova aralarında yaranmış mübahisə zəminində ərinin tanışı, Azad Əmir oğlu Quliyevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən G. Məmmədova saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

Xəbər xətti