Ana səhifə
21 Sentyabr 2018

Ermənistan AES bağlanır

Atom Stansiyasında gözlənilməz problemlər aşkar edilib

 

Ermənistan Atom Elektrik Stansiyasında (AES) sentyabrın 27-də başlamış təmir işlərinin 46 gün uzadılması erməni KİV-lərdə ciddi narahatlıq doğurub. Anspress-in məlumatına görə, mətbuat yazır ki, böyük ehtimalla, AES işini 2014-15-ci illərin qış mövsümündə tamamilə dayandıracaq. Ermənistan energetika nazirliyinin rəhbərliyinin sözlərindən də bunu anlamaq olar. Nazir Yervand Zakaryanın sözlərinə görə, Rusiyadan AES-i tədqiq etmək üçün gəlmiş alimlər qrupu gözlənilməz problemlər aşkar edib. “Nazir başqa problemlərin çıxmayajağına ümid etdiyini bildirdi. Amma belə görünür ki, problemlər var və nazir, sadəcə, ictimaiyyəti bu xəbərə hazırlayır”,- deyə erməni şərhçi Akop Badalyan bildirib. Şərhçinin fikrincə, rus mütəxəsislər gözlənilməz problemlər aşkar etməklə əslində AES-in işini tam dayandırmaq istəyirlər: “Burada söhbət yalnız indiki AES-in işinin dayandırılmasından deyil, həm də Moskva tərəfindən AES-in yeni bloklarının tikilməsi qərarının rədd edilməsindən gedir”.

Yeri gəlmişkən, AES-in işini dayandırması Ermənistanda elektrik enerjisinin qiyməti qalxıb. Ölkə rəhbərliyi bunu qaz vasitəsi ilə istehsal edilmiş elektrik enerjisinin payının artması ilə izah edir.

Tarix
8 Oktyabr 2014 [18:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin