Pedro Azərbaycanın tarixi qolunu vurdu

20:39 - 27 Sentyabr 2017 - İDMAN

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində ilk qolunu vurub. Ağdam klubunun yarımmüdafiəçisi Pedro Enrike ÇL-in qrup mərhələsinin ikinci turunda "Roma" ilə hazırda davam edən matçın 29-cu dəqiqəsində fərqlənib. Bununla da o, həmçinin ÇL-in qrupunda Azərbaycan futbol tarixində qol vuran ilk oyunçu olub. Qeyd edək ki, Azərbaycan klublarından ilk dəfə "Qarabağ" ÇL qrup mərhələsində oynamaq hüququ qazanıb.qol.az

Xəbər xətti