Ana səhifə
19 Sentyabr 2018

Litvada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra kitablar nəşr edilib

Bu kitablar ermənipərəst təbliğat qüvvələrinin zəiflədilməsi, ideoloji rəqiblərimizin neytrallaşdırılması və ictimai fikrin düzgün istiqamətə yönəldilməsinə xidmət edir

Azərbaycanla Litva arasında iqtisadi-siyasi və mədəni əlaqələr dərin köklərə malikdir, lakin onlar daha intensiv və daha yüksək səviyyədə ola bilərlər.Doğurdan da iki ölkə arasında əlaqələrin inkişafı üçün geniş potensial var. Bu potensialdan səmərəli istifadə etmək üçün diaspora təşkilatlarının üzərinə böyük vəzifələr düşür. Onlar da imkanları daxilində iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə öz töhvələrini verirlər. Bu ilin aprel ayında keçirilən tədbir də bunun göstəricisidir. Azərbaycanın Litvadakı səfirliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Litva Azərbaycanlı Gəncləri Təşkilatı (AYOL) tərəfindən səfirliyin ziyafət zalında mədəniyyət axşamı keçirilib. Tədbirdə Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupun sədri Valerius Simulik və qrupun üzvləri, seym sədrinin xarici siyasət üzrə müşaviri Kəstutis Kudzmanas, Litva Jurnalistlər Birliyinin rəhbəri Denius Razyaviçüs, Litva XİN-in əməkdaşları, Qeyri Hökumət Təşkilatlarının (QHT) rəhbərləri, KİV rəhbərləri və nümayəndələri, Litvada təhsil alan tələbələrimiz iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvada təhsil alan azərbaycanlı tələbələrİ Novruz bayramı, Litvalı qonaqları isə Pasxa bayramı ilə bağlı təbrik etdikdən sonra ölkəmizdə mədəniyyət sahəsində görülən işlər barədə qısa məlumat verib.
Litva Seymində Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupun sədri Valerius Simulik rəhbərlik etdiyi qrupun Azərbaycanla parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.Daha sonra qonaqlara Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış Azərbaycan haqqında tanıtım çarxı nümayiş olunub və ziyafət verilib.
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyevin də iki ölkə arasında əlaqələrin möhkəmlənməsində xidməti böyükdür. İctimai-siyasi ədəbiyyatı qarşılıqlı surətdə Azərbaycan və Litva dillərinə tərcümə etməsi ilə Mahir Həmzəyev geniş imkanlara malik olan yaradıcı ziyalı qismində çıxış edir. Qarabağ münaqişəsi ilə əlaqədar Litvada yaranan ədəbiyyatı Azərbaycan dilinə çevirmək və çap etdirmək Mahir Həmzəyevin vətəndaşlıq borcuna məsuliyyətli münasibətinin bariz ifadəsidir.Bunun nəticəsidir ki, Litva Azərbaycanlıları Cəmiyyəti və Litva-Azərbaycan Assosiasiyası tərəfindən ikibaşlı siyasət yürüdən Litvanın bəzi dövlət qurumları təmsilçilərinin ifşa edilməsi, Azərbaycana qarşı burada fəaliyyət göstərən ermənipərəst təbliğat qüvvələrinin zəiflədilməsi, ideoloji rəqiblərimizin neytrallaşdırılması üçün və ictimai fikrin düzgün istiqamətə yönəldilməsi məqsədilə bir sıra əkstəbliğat işləri, maarifləndirmə aksiyaları həyata keçirilir, o cümlədən yerli mətbuatda silsilə məqalələr dərc etdirilir. Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva-Azərbaycan Assosiasiyasının həmtəsisçisi Mahir Həmzəyev bildirir ki, bu tədbirlər çərçivəsində Litvanın  balsas.lt xəbərlər portalında litvalı tarixçi və etnoloq, Litva-Azərbaycan Assosiasiyasının prezidenti İmantas Melyanasın "Əgər diplomat Dağlıq Qarabağa "Arsax" deyirsə, biz də ona diplomat yox, korazehin deməliyik" adlı litvaca tənqidi məqaləsi dərc olunub. Məqalə "Dağlıq Qarabağla parlament dostluq qrupunun" yaradılması təşəbbüsünü qaldırmış ermənipərəst iş adamları və onların maliyyə dəstəyi sayəsində fəaliyyət göstərən muzdlu Litva millət vəkillərinin ifşa olunmasına, həmçinin "Arsax" toponimi və "Arsax əyaləti" barədə həqiqətlərin Litvada yayımlanmasına həsr edilib.
Bundan başqa, 2017-ci ildə litva və rus dillərində Qarabağla bağlı bir sıra kitablar dərç olunub. Sentyabr ayında litvalı jurnalist Qintaras Visotskasın yazdığı “Qara Bağın faciəsi” (“Traqediə Çernoqo Sada”) adlı kitab və jurnalist Leonas Yurşanın müəllifi olduğu “Siyasətçilərin xalqların talelərini dəyişdirmiş qərarları” (“Reşeniə politikov, izmenivşie sudğbı narodov”) adlı kitabça Litva dilindən rus dilinə tərcümə olunaraq nəşr edilib. Kitablarda ermənilərin iki əsr öncə Türkiyə və İran ərazilərindən Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza köçürülməsindən, son yüz il ərzində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş terror aktları, etnik təmizləmə, kütləvi qırğınlardan, həmçinin Azərbaycan ərazilərinin işğalından bəhs olunur. Hər iki nəşr Litva ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
2015-ci ildən başlayaraq bir sıra litvalı politoloqlar və tarixçilər tərəfindən Litva dilində yazılmış “Dağlıq Qarabağ münaqişəsi: həlli yolları axtarışında” adlı kitab, tarixçi-alim Alqimantas Liyekis tərəfindən yazılmış “Millətlərin Qafqaza köçü. XX əsr” kitabı, jurnalist Qintaras Visotskasın yazdığı “Qara Bağın faciəsi” kitabı və jurnalist Leonas Yurşanın müəllifi olduğu “Siyasətçilərin xalqların talelərini dəyişdirmiş qərarları” adlı kitabçanın Litva siyasətçiləri və ictimai xadimləri arasında paylanılması və kitabxanalara verilməsi, “Elibrary.lt” elektron kitabxanasında yerləşdirilməsi erməni uydurmalarının ifşa olunmasında və Litva ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsinə baxışında xeyli dönüş yaradıb. Bir müddət öncə tarixçi alim A.Liyekisin “Millətlərin Qafqaza köçü. XX əsr” adlı kitabı rus dilində də nəşr edilib.
Bir neçə il bundan əvvəl isə Litva-Azərbaycan Assosiasiyası İdarə Heyətinin üzvü Arvidas Banyulisin "Profilər: peşəkarlar və yaxud naşılar?" başlıqlı məqaləsi çap edilib. Tarixi səpkidə yazılmış bu məqalədə müəllif SSRİ rəhbərliyi tərəfindən Ermənistan və Litva ərazilərinin müxtəlif yollarla genişləndirilməsinin, Azərbaycan torpaqlarının isə "qayçılanması"nın əsl səbəblərini araşdırır və tarixi paralellər aparır, ictimai-siyasi nəticələr çıxardır və bundan qaynaqlanan geosiyasi müddəalar əsasında Azərbaycan sərhədlərinin birtərəfli qaydada ermənilərin xeyrinə dəyişdirilməsini təsdiq edən faktları çox dürüst və inandırıcı bir şəkildə Litva ictimaiyyətinə təqdim edir. "Litva xəbərləri" qəzetinin 9 avqust 2013-cü ildə buraxılmış sayında isə tanınmış ictimai-mədəni xadim, Litvanın mədəniyyət nazirinin sabiq müavini, Litva-Azərbaycan Assosiasiyası İdarə Heyətinin üzvü Donatas Valançyauskasın "Barokko dövrü üslubunda əhvalat" adlı siyasi pamflet janrında yazılmış əsəri çap olunub. Bu əsərdə ermənipərəst Litva diplomatı Renatas Yuşka Qarabağ münaqişəsi ilə bağlı çıxartdığı hoqqalara və orta əsrlərin səlib müharibələri ruhunda açıqladığı fikirlərə görə ictimai qınaq obyektinə çevrilib.
Azərbaycan diasporasının fəaliyyətinin nəticəsidir ki, bu ilin iyul ayında erməni təxribatının qarşısı alınıb. Azərbaycanın Litvadakı səfirliyi cari ilin 5 iyul tarixində Ermənistanın Litvadakı səfirliyinin Litva-Ermənistan Alyansı ilə birgə Vilnüs şəhərinin “Vartai” (Qapı) sərgi qalereyasında “Artsax: köhnə diyarda yeni dövlət” adlı sərgi təşkil etdiyini və sərgidə Azərbaycanın işğal altındakı ərazilərinə dair şəkillərin nümayiş olunduğunu aşkarlayıb. Məsələ ilə bağlı səfirlik tərəfindən dərhal Litva XİN-ə müvafiq müraciət ünvanlanıb, qalereyanın rəhbərliyi ilə görüş keçirilib. Qalereyanın rəhbərliyi ilə keçirilmiş görüşdə BMT, ATƏT, NATO və digər beynəlxalq təşkilatların Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığı, həmçinin Ermənistan tərəfindən Dağlıq Qarabağın və ətraf 7 rayonun işğalının beynəlxalq hüquq normalarına, humanizm prinsiplərinə və dövlətlərin ərazi bütövlüyünə qarşı yönəlmiş fakt kimi qiymətləndirildiyi diqqətə çatdırılıb. Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki işğalçı rejimin siyasi təbliğatı məqsədini daşıyan təxribat xarakterli sərginin qalereyada nümayiş etdirilməsinin birbaşa Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldiyi və tam olaraq Litvanın rəsmi mövqeyinə zidd olduğu vurğulanıb. Sərginin Azərbaycan və Litva arasındakı dostluq münasibətlərinə xələl gətirdiyi vurğulanaraq şəkillərin yığışdırılması xahiş edilib. Qalereyanın rəhbəri onlara məxsus sərgi salonunda Azərbaycana qarşı yönəlmiş tədbirin keçirilməsindən təəssüflədiyini qeyd edib. O, ermənilər tərəfindən sərginin mahiyyəti haqqında düzgün məlumat verilmədiyindən, eləcə də qalereyanın adının təhrif edilərək “Vartai” (Qapı) əvəzinə “Menu vartai” (İncəsənət qapısı) kimi yazılmasından özünü aldadılmış hiss etdiyini vurğulayaraq, qısa müddət ərzində səkillərin yığışdırılacağını bildirib. Yarım saatdan sonra şəkillər yığışdırılıb və salona giriş bağlanıb. Beləliklə, öz məkirli siyasətindən əl çəkməyən ermənilər bir daha məyus edilib və Litva ictimaiyyəti qarşısında biabır olublar.


(ardı var)

Tarix
27 Sentyabr 2017 [18:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin