BMT baş katibi: "Prezidentlər səviyyəsində planlaşdırılan görüş etimad mühitinin artmasına səbəb olacaq"

14:00 - 27 Sentyabr 2017 - SİYASƏT

BMT baş katibi Antonio Quterriş Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşünü alqışlayır. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bu barədə baş katibin mətbuat katibi Stefan Duyarriçin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, baş katib həmsədrlərin gərginliyi azaltmaq və danışıqlar prosesini yenidən canlandırmaq istiqamətində səylərini dəstəkləyir: “Baş katib ümid edir ki, Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində planlaşdırılan görüş etimad mühitinin artmasına səbəb olacaq. O, eyni zamanda ümidvardır ki, bu görüş tərəflər arasında razılaşdırılmamış əsas məsələlərlə bağlı kompromisli həll yolunun tapılması üçün vacib olan siyasi iradənin stimullaşmasına da imkan yaradacaq”.

Xəbər xətti