Ana səhifə
22 Oktyabr 2017

Qurban Qurbanov: "Bu görüşə yaxşı hazırlaşmışıq"

"Bu, Bakıda ilk oyunumuzdur. Hamımız üçün önəmli olduğunu düşünrəm. Belə bir görüşün Bakıda keçirilməsi şəhərimiz, ölkəmiz, eləcə də futbolumuz üçün önəmlidir. "Roma"nı bəlkə də kimlərsə silirdi. Lakin bu komandanın oyununu gördüm. Çox peşəkar komandadır. Çalışacağıq ki, müsbət nəticə əldə edək".   Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Roma" ilə oyundan öncə təşkil edilən mətbuat konfransında deyib. 45 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını da cavablandırıb.   - 65 min azarkeş önündə oynamaq necə hisdir? - Təzyiq həmişə olur. Avropa təcrübəmiz olsa da, bunlar tam fərqli turnirlərdir. Stadion məsələsi çox müzakirə olundu. Buna bir daha toxunmağa gərək yoxdur. Nə qədər çox azarkeş önündə çıxış etsək, futbolçular bir o qədər inamlı oynayarlar. Bəzi məğlubiyyətlər böyümək üçün bizə lazımdır. Bundan nəticə çıxarmalıyıq. İlk oyunda 0:6 hesabı ilə uduzsaq da, bu görüşə yaxşı hazırlaşmışıq. Daha yaxşı çıxış etməyə çalışacağıq. - Miçel Madeyranın cərimə olunması xəbəri doğrudur? - O, dünən cəzalanıb. Belə şeylər bağışlanılmır. Lakin idmanda belə şeylər olur. Hətta özümdə də olur.  Bunu normal qarşılayıram. Klubda yaratdığımız nizam-intizamdan uzaqlaşmamalıyıq. Miçel peşəkar futbolçularımızdan biridir. Sabah da meydanda olma ehtimalı çoxdur.   - Ansi Aqolinin durumu necədir?  - Hər şey pozitivdir. Son qərarı sabahlı məşqdən sonra verəcəyik. Bəzi mövqelərlə bağlı fikirlərimiz var.   - Heyətdə nə kimi dəyişikliklər etməyi düşünürsünüz?  - Dəyişikliklər olacaq, amma ciddi yox. Çünki rəqib fərqlidir. Üstəlik evdə oynayırıq.   - "Roma"nı canlı izləyəndə zəif yerlərini heç görmədiniz?  - O vaxtı Pro kateqoriya oxuyarkən, Dortmund "Borussiya"sının düşərgəsinə getmişdim. Həmin vaxt fikirləşirdim ki, Azərbaycan futbolu hardadır, "Borussiya" harda? Sonra "Barselona"ya getdim. Dedim ki, "Barsa" hardadır, "Borussiya" harda? "Roma"nı da canlı izlədim. Bir daha şahidi oldum ki, bu rəqib də top- komandadır. Deməzdim ki, çoxlu səhvini gördüm. - Əvvəllər də İtaliya klublarına qarşı oynamısınız. Müqayisə aparardınız...  - "Roma" "Fiorentina" və "İnter"dən fərqli oyun üslubuna malikdir. Oyunqabağı rəqibi çox da tərifləmək istəmirəm. İtaliyada 2-ci yeri tutmaları hər şeyi deyir.   - Komandanızın üzərində böyük təzyiq olmayacaq. Bunu nəzərə alaraq, Ramil Şeydayev, Mahir Mədətov kimi gənclərə şans verməyi düşünürsünüz?  - Belə oyunlarda kiminsə haqqını əlindən almaq düz olmaz. Kim hazırdırsa, o da oynayacaq.qol.az
Tarix
26 Sentyabr 2017 [18:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ