Turizmin inkişafında xidmətləri olan şəxslər təltif edilib

18:09 - 26 Sentyabr 2017 - Xəbər

Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər: “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Qılıncov Bəxtiyar Vaqif oğlu “Tərəqqi” medalı ilə Ağakərimov Müzəffər Mehdi oğlu Əliyev Zakir Haşım oğlu Qədəşov Tahir Ərziman oğlu Yusufov Rüfət Teymur oğlu

Xəbər xətti