Ana səhifə
22 Oktyabr 2018

“Qarabağ tarixinin xülasəsi” xarici dillərdə

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ərəb və ingilis dillərində “Qarabağ tarixinin xülasəsi” adlı kitab nəşr edib.

 

 

Ucnoqta.az xəbər verir ki, SAM-dan verilən məlumata görə, kitabda əsasən Qarabağ regionunun siyasi tarixindən bəhs edilir. Qeyd olunur ki, Qarabağın nəinki ərazisi, eyni zamanda burada tarixən formalaşmış, tariximizin daş yaddaşı kimi əvəzolunmaz milli sərvətimiz olan maddi-mədəniyyət abidələri, milli və dini dəyərlərimiz də erməni işğalına məruz qalıb.

Bunun bir sübutu kimi Qarabağda dağıdılmış, talan edilmiş qədim yaşayış məntəqələrindəki tariximiz, mədəniyyət və mənəviyyat abidələrimizə dair fotomateriallar da kitaba əlavə olunub.

Qarabağın ən mühüm tarixi mərhələlərinin təsvir olunduğu bu kitabda “Qarabağ - Azərbaycanın tarixi və coğrafi regionu”, “Qarabağ xanlığının taleyi”, “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi”, “Erməni dövlətinin yaranması”, “Dağlıq Qarabağ Azərbaycan Demokratik Respublikasının tərkibində (1918-1920)”, “Qarabağ SSRİ dövründə”, “Dağlıq Qarabağ münaqişəsi (müharibə və işğal)”, “Qarabağda islam və tarixi abidələrin dağıdılması” kimi mövzular öz əksini tapıb.

 

Tarix
22 Noyabr 2014 [20:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin