Ana səhifə
20 Yanvar 2018

Qazaxda və Şəkidə treninqlər keçirilib

Sentyabrın 25-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar, sentyabrın 26-da isə Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhər 1 saylı Peşə məktəbində gənclər üçün treninqlər keçirilib.
“Marketinq”, “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”, “Biznes ideyanı yarat”, “Biznes planların hazırlanması”, “Öz biznesinə başla” mövzularını əhatə edən treninqlərdə marketinq, bazar araşdırmalarının aparılması, biznes ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes plan, prioritet biznes istiqamətləri, investisiya təşviqi sənədini alan sahibkarlara texnikanın idxalı üçün təsdiqedici sənədin verilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirlərdə iştirakçılar İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə də məlumatlandırılıb.

 

Tarix
26 Sentyabr 2017 [17:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ