London metrosunda partlayış

16:47 - 26 Sentyabr 2017 - DÜNYA

London metrosunda partlayış olub. Ucnoqta.az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, sərnişinlərdən birinin çantasında olan mobil telefon üçün akkumlyator partlayıb. Vaqonda tüstülənmə əmələ gəlib.
Hadisə "Tauer Hill" stansiyasında qeydə alınıb. Sərnişinlər təxliyə olunub. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım cəlb olunub. Xəsarət alanlar barədə məlumat yoxdur.

Xəbər xətti