"Roma" komandası Bakıya gəlib - FOTO

15:59 - 26 Sentyabr 2017 - İDMAN

Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Qarabağ" klubu ilə qarşılaşacaq İtaliyanın "Roma" komandası Bakıya gəlib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında "sarı-qırmızılar"ı bir qrup azarkeş qarşılayıb.
Futbolçular heç bir açıqlama vermədən onları gözləyən avtobusa yönəliblər.
Qeyd edək ki, bu axşam "Roma"nın Bakı Olimpiya Stadionunda məşqi və baş məşqçi Eusebio Di Françeskonun mətbuat konfransı keçiriləcək. Sentyabrın 27-də elə həmin arenada təşkil olunacaq qarşılaşma saat 20:00-da başlanacaq. 


Xəbər xətti