Azay Quliyev: “Dağlıq Qarabağ probleminin həllində bir az da cəsarət tələb olunur”

15:39 - 26 Sentyabr 2017 - SİYASƏT

“Dağlıq Qarabağ kimi mürəkkəb problemin həllində bütün bu realist yanaşma ilə yanaşı, bir az da cəsarət tələb olunur. Müəyyən məsələləri öz adı ilə çağırmaq və daha çox təşəbbüs irəli sürmək zəruridir”. Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib. O, bildirib ki, bütün danışıqlar işğalın nəticəsini aradan qaldırmağa, münaqişənin sülh yolu ilə həllinə yönəlib. “Bizim xüsusi nümayəndə bu məsələyə yanaşmada kifayət qədər ciddi beynəlxalq hüquqa söykənir ki, bu da xüsusi nümayəndənin işini asanlaşdırır. Əminəm ki, ATƏT PA-nın həm daimi komitəsi, həm də bürosu sizin bu təşəbbüsləri dəstəkləyəcək”.

Xəbər xətti