Ana səhifə
22 Oktyabr 2017

Bu yolun təmirinə start verildi

"Azəravtoyol" ASC Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci kilometrində, "Sulutəpə dairəsi"ndən Biləcəri qəsəbəsi istiqamətində (daş bazarı) olan yolun təmirinə start verib. ASC-dən verilən məlumata görə, təmir işləri "Sulutəpə dairəsi"ndən Biləcəri qəsəbəsi istiqamətində təqribən 500 metrlik və Baş Dövlət Yol Polisinin stasionar postuna ("Ekologiya postu") qədər olan 250 metrlik məsafəni əhatə edir. Ümumilikdə təmir işlərinin aparıldığı sahə 17 min kvadratmetrə yaxındır.
Sözügedən ərazidə aparılan təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Bəzi ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi məqsədi ilə işlər görülür. Daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
Qeyd edək ki, əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin ümumi hərəkətə maksimal dərəcədə mane olmamaq şərti ilə qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Tarix
26 Sentyabr 2017 [15:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ