ATV prezidenti telekanaldan uzaqlaşdırıldı

14:24 - 26 Sentyabr 2017 - Xəbər

ATV prezidenti Vüqar Qaradağlı telekanaldan uzaqlaşdırılıb. Ucnoqta.az xəbər verir ki, Bizimyol.info saytına bu dəqiqələrdə daxil olan məlumata görə Onun işdən çıxarılmasına səbəb Turan İbrahimovun proqramında dövlətin əlehinə ifadələr işlətməsi olub.
Kanalın idarəçiliyi isə müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.
Qeyd edək ki, “CBC” telekanalı əvvəllər ATV- nin tərkibində fəaliyyət göstərib.

Xəbər xətti