Biləsuvarda 3 uşaq anası intihar edib

13:25 - 26 Sentyabr 2017 - HADİSƏ

Biləsuvar rayonunda 53 yaşlı 3 uşaq anası intihar edib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhər, Çingiz İldırım küçəsində baş verib.
Belə ki, həmin ünvanda yaşayan 1964-cü il təvəllüdlü Safura Əzimova həyətyanı sahəsindəki üzüm tənəyindən özünü asaraq intihar edib. İntiharın səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti