"Qarabağ" azarkeşlərə müraciət edib

12:24 - 26 Sentyabr 2017 - İDMAN

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Roma" ilə ev oyunu öncəsi azarkeşlərə müraciət edib. Klubun rəsmi "Facebook" səhifəsində verilmiş məlumata görə, müraciətdə bildirir:
"Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"- "Roma" matçına bilet alan azarkeşlərimizdən xahiş olunur ki, qarşılaşmanın başlamasına 2 saat qalmış stadiona gələrək tribunada yerlərini tutsunlar".
Qeyd edək ki,  Bakı Olimpiya stadionunda keçiriləcək "Qarabağ" - "Roma" oyunu sabah saat 20:00-da başlayacaq.

Xəbər xətti