Baş nazirin müavini: "Sovetski"də gələn ilə qədər söküntü işləri aparılmayacaq

11:46 - 26 Sentyabr 2017 - Xəbər

"Bakının “Sovetski” adlanan ərazisində hazırkı mərhələdə gələn ilə qədər yəqin ki, söküntü işləri aparılmayacaq. Gələn il üçün proqram hazırlanır. Ona görə də indidən dəqiq nəsə demək mümkün deyil”. Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Abid Şərifov deyib.
O bildirib ki, “Sovetksi” adlanan ərazidə birinci gündən son vaxta qədər heç kim orada belə yaxşı şərait qurulmasına inanmırdı:
“Çox adam düşünürdü ki, orada yeni evlər tikiləcək. Həmin insanlar özləri üçün yaxşı şəraitli ev ala bildilər. Orada yaradılan şərait hamısı insanlar üçündür”.trend

Xəbər xətti