Ana səhifə
16 Dekabr 2018

Azərbaycanlı oliqarx çəkdiyi filmin təqdimatını keçirəcək- FOTO

Azərbaycanlı iş adamı, neft oliqarxı Nizami Piriyevin oğlu Nəsib Piriyev Heydər Əliyev Mərkəzində təqdimat keçirəcək.

 

Piriyevin prodüseri olduğu və 67-ci Kann kinofestivalının əsas proqramının 8 qısa filmindən olan "Sonuncu" ("The Last one") filminin premyera nümayişi oktyabrın 24-nə planlaşdırılır. Təqdimatda dünyaca məşhur simaların iştirakı da istisna edilmir.

 

Qeyd edək ki, Piriyevlərin sentyabrda Londonda baş tutan sonuncu tədbirində model Natalya Vodyanova, şahzadə Tamara Kzartoriski-Burbon da daxil olmaqla, 400 beynəlxalq qonaq iştirak etmişdi.

 

Xatırladaq ki, Piriyevlər həm Azərbaycanda, həm də Rusiyada ən zəngin insanların siyahısındadırlar. Onların təsis etdiyi "PNN Group"a Neft və Qaz, Ərzaq və Satış, Lyuks və ya Lifestyle, Maliyyə və Kansaltinq, İncəsənət və Mətbuat sektorları daxildir. Piriyevlər həm də dünyanın ən böyük almaz istehsalçısı olan “De Beers”in Azərbaycandakı butikinin sahibidirlər.

 

("Qafqazinfo")

Tarix
8 Oktyabr 2014 [17:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin