AŞPA-nın münaqişələr üzrə Alt Komitəsi Afinada Dağlıq Qarabağ məsələsini müzakirə edib

10:14 - 26 Sentyabr 2017 - Xəbər

Avropa Şurası ölkələri arasında münaqişələr üzrə AŞPA-nın Alt Komitəsi Afinada həlli uzanan münaqişələrin nizamlanması məsələsini müzakirə edib.

"Report" xəbər verir ki, Yunanıstan parlamentində keçirilən görüşdə Dağlıq Qarabağ və Dnestryanı münaqişələri ilə bağlı vəziyyət, eləcə də Ukraynanın şərqindəki münaqişə muzakirə olunub.

İclas çərçivəsində Alt Komitənin sədri Ştefan Şennak ATƏT-in münaqişələr üzrə üç nümayəndəsi - bu il ATƏT-ə sədrlik edən Almaniyanın Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan üzrə məsul nümayəndəsi Klaus Keller, ATƏT-in Ukrayna üzrə xüsusi nümayəndəsi Martin Saydik və ATƏT-in Dnestryanı münaqişə üzrə xüsusi nümayəndəsi Ditrix Haym ilə görüşüb.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatı Ştefan Şennak bu ilin mart ayında AŞPA-nın münaqişələr üzrə yeni alt komitəsinin sədri seçilib. Ş.Şennak həmçinin AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisidir.

O, daha əvvəl Dağlıq Qarabağ münaqişəsinin yeni alt komitə ilə məşğul olacağı üç prioritet məsələdən birinə çevriləcəyini bəyan edib.

Xəbər xətti