Küçə itləri professoru parçalayıb yedi

13:36 - 25 Sentyabr 2017 - HADİSƏ

Yunanıstanda küçə itləri Oksford Universitetinin təqaüdə çıxmış professorunu parçalayaraq öldürüb. Afina rəsmilərinin adını açıqlamadığı 63 yaşlı professordan 21 sentyabrdan xəbər almaq olmurdu. Ailə üzvlərinin müraciəti ilə axtarışlar aparılıb və professorun əşyaları və bədəninin qalıqları tapılıb. Bildirilir ki, Maronya bölgəsində arxeoloji bölgəni gəzən professor itlərin hücumuna məruz qalıb .  Qeyd edək ki, Yunanıstanda 1 milyondan çox küçə iti var. ("qaynarinfo")

Xəbər xətti