ETSN: Zaqatala meşəsindəki yanğın söndürülüb

10:15 - 25 Sentyabr 2017 - Xəbər

Zaqatala meşəsində baş vermiş yanğın söndürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 24-də saat 18:10 radələrində Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tala meşəbəyliyinin 3 saylı dolayının yüksək dağlıq ərazisində baş vermiş yanğın bu gün səhər saat 06:45 radələrində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb.

Yanğın zamanı təqribən 3 hektara yaxın ərazidə quru ot örtüyü və kol-kos yanıb.

Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.

Xəbər xətti