Ana səhifə
16 Dekabr 2017

Azərbaycan Premyer Liqası: "Qəbələ" "Neftçi"yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçiriləcək. "Report"un məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Neftçi"ni qəbul edəcək. Beş oyundan sonra "Qəbələ" 10 xalla 3-cü, "Neftçi" isə 1 xalla 7-ci pillədə qərarlaşıb. Bu görüşün nəticəsi komandaların mövqeyinə heç bir təsir etməyəcək. Amma liderlik iddialarını davam etdirməsi üçün "qırmızı-qaralar" mütləq qələbə qazanmalıdırlar. "Ağ-qaralar" isə bu mövsüm ilk dəfə qalib olmaq və 6-cı pillədəki "Səbail"lə xal fərqini yenidən 2-yə endirmək üçün meydana çıxacaqlar. İki komanda indiyədək 36 dəfə üz-üzə gəlib. Bunların 13-də "Qəbələ", 15-də "Neftçi" qalib olub, 8 görüş heç-heçə ilə yekunlaşıb. Top fərqi isə bərabərdir: 45-45. Son üç qarşılaşmada meydan sahibləri qalib gəlib. “Neftçi” axırıncı 6 görüşdə cəmi 1 qələbə əldə edib. Azərbaycan Premyer Liqası, VI tur 24 sentyabr (bazar) 18:00. “Qəbələ” – “Neftçi” Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ömər Paşayev AFFA nümayəndəsi: Nüvər Xasıyev Hakim-inspektor: Murad Məmmədov Qəbələ şəhər stadionu Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Sumqayıt"ı 4:1, "Səbail" "Kəpəz"i 1:0 hesabı ilə yenib. "Zirə" - "İnter" matçında isə qalib müəyyənləşməyib.
Tarix
24 Sentyabr 2017 [08:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ