Ana səhifə
18 Dekabr 2017

Ukrayna məhkəməsi Saakaşvilini cərimələdi

Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili cərimələnib. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Lvov vilayətinin Mostiskiy rayon məhkəməsi Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilini sərhədi qeyri-qanuni keçməkdə təqsirli bilərək 3 400 qrivna (130 ABŞ dollarına yaxın) məbləğində cərimə edib. Bundan əvvəl Ukrayna Dövlət Sərhəd Xidməti M.Saakaşviliyə qarşı sərhədi qeyri-qanuni keçdiyinə görə iddia qaldırıb. Bu inzibati xəta üçün sanksiya 325 dollara qədər cərimə nəzərdə tutur. Xatırladaq ki, sentyabrın 10-da Mixeil Saakaşvilinin Polşa-Ukrayna sərhədini keçərək Lvov şəhərinə gəlib. M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Daha sonra ABŞ-dan Polşaya qayıdan M. Saakaşvili sentyabrın 10-da Ukraynaya dönmək niyyətində olduğunu açıqlayıb. Sentyabrın 10-da M.Saakaşvili barəsində Ukrayna Cinayət Məcəlləsinin 332-ci (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi açılıb.
Tarix
23 Sentyabr 2017 [11:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ