Ana səhifə
18 Dekabr 2017

Şəkidə iki uşaq atası intihara cəhd edib

Şəkidə iki uşaq atası intihara cəhd edib. Ucnoqta.az xəbər verir ki hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Şəki şəhəri, Girəkli küçəsində yaşayan, 1988-ci il təvəllüdlü Tehran Yusif oğlu Mustafayev bu gecə saat 03:30 radələrində qonşunun həyətində əncir ağacından özünü asaraq intihar etmək istəyib. Tehran Mustafayev son anda atası tərəfindən xilas edilərək Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. İlkin araşdırma zamanı məlum olub ki, həyat yoldaşından ayrılan Tehran Mustafayev övladları ilə görüşə bilmədiyi üçün intihar etmək qərarına gəlib. Tehran Mustafayevin bundan əvvəl də intihara cəhd etdiyi bildirilir. Şəki MRX-dan APA-ya bildirilib ki, Tehran Mustafayevə xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra səhhəti stabilləşib, səhər evə buraxılıb.  Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Tarix
23 Sentyabr 2017 [10:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ